2024-cü ilin I yarısında aşağıdakı konfransların keçirilməsi planlaşdırılır
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
POLİMER MATERİALLARI İNSTİTUTU
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
Sizi 21 fevral 2024-cü il tarixində Sumqayıt Dövlət Universitetində keçiriləcək Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə həsr olunmuş “Gənc alimlərin yeni çağırışlara cavab verən elmi-tədqiqat perspektivləri” mövzusunda Strateji panel-müzakirə toplantısında iştirak etməyə dəvət edirik.
Tədbirin İşçi dilləri: Azərbaycan, rus, ingilis
Tədbirin formatı: əyani, online
Toplu materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü |
– A4 |
Boş sahə |
– hər tərəfdən 2 sm |
Şrift |
– Times New Roman |
Düstur |
– Microsoft Equation |
Şrift ölçüsü |
– 12 pt |
Sətirarası interval |
– 1,15 sm |
Abzas |
– 1,25 sm |
Məqalənin yazıldığı dil |
|
Məqalənin adı |
– ortadan, böyük hərflərlə, qalın şriftlə |
Müəllifin soyadı, adı, atasının adı |
– ortadan, qalın şriftlə |
İş yeri, şəhər, ölkə |
– ortadan, kursivlə |
E-poçt ünvanı |
– ortadan, kursivlə |
Açar sözlər (5–7 söz) |
– Azərbaycan, ingilis və rus dillərində |
Xülasə (60–80 söz) |
– məqalənin yazıldığı dildən başqa iki dildə |
Həcmi |
– 5-10 səhifə |
Ədəbiyyata istinadlar Ədəbiyyat siyahısı |
– kvadrat mötərizədə – əlifba sırası ilə |
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).
Materiallar 9 fevral 2024–cü il tarixinədək Sevda.Shaxverdiyeva@sdu.edu.az elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008. Sumqayıt ş., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti, Elmi hissə, otaq 2.
Məsul şəxs – İsmayıl İsmayılov, Rektorun müşaviri, kimya elmləri doktoru
Əlaqələndirici şəxs (təşkilati məsələlərə və tərtibat qaydalarına dair) – Samir Orucov, Elmi hissənin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent
Əlaqə telefonları: +994-18 642-15-06, daxili (1-26)
-------------------------------------------------------------------------------------------------------------------------
16-17 may 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində
magistrantların XXIV Respublika elmi konfransı keçiriləcək.
Bölmələr
1. Fizika
2. Riyaziyyat
3. Mexanika
4. Elektroenergetika
5. İnformasiya texnologiyaları
6. Kimya və kimya-texnologiyası
7. Biologiya
8. Ekologiya
9. Tarix
10. Coğrafiya
11. İqtisadiyyat
12. Dilçilik
13. Ədəbiyyatşünaslıq
14. Pedaqogika
15. Psixologiya
16. Sənətşünaslıq
17. Azərbaycan multikulturalizmi
Konfransa təqdim edilən məruzə tezislərində problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələrinin tətbiq sahələrinə dair təklif verilməlidir. Əsaslandırılmış mühüm ideyaları olan məruzə tezislərinə üstünlük verilir.
Təqdim edilən məruzə tezisləri plagiata yoxlanılır.
1. Məruzə tezislərinin tərtib olunma qaydaları:
2. Məruzə tezisləri aşağıdakı sənədlərlə təqdim olunmalıdır:
3. Bir müəllifdən 2-dən artıq məruzə tezisi qəbul edilmir.
4. Məruzə tezisi elektron variantda aşağıdakı ünvana 2024-cü il aprel ayının 5-dək təqdim olunmalıdır:
E-ünvan: sdu.az@mail.ru
tel: 018 642-12-63; 018 642- 15-06 (1-19);
5. Tələbləri ödəməyən məruzə tezisləri Təşkilat komitəsi tərəfindən qəbul edilmir, rəy
verilmir, geri qaytarılmır.
6. Konfransın formatı: əyani və ya onlayın (əlavə olaraq məlumat veriləcək).
Konfransın açılışı 16 may 2024-cü il saat 1100-da SDU-nun akt zalında olacaqdır